Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İnterpol"un axtarış siyahısında yer alan, 2015-ci ildə qətl törətməkdə şübhəli sayılan 1989-cu il təvəllüdlü T. C Samtsxe-Cavaxeti Polis Departamentinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Məlumatda hazırda ekstradisiya prosedurlarının başladıldığı qeyd olunub.
Oxunub: 508