Nigeriyanın şimal-qərbində naməlum silahlı qrup tərəfindən təşkil edilən hücum nəticəsində ən azı 37 adam ölüb.
Trend-in məlumatına görə, Sokoya ştatının üç kəndinə hücum edilib. Silahlılar dinc sakinlərə atəş açıblar, daha sonra yerli bazarı yandırıblar.
Nigeriyanın şimal-qərb bölgəsi ölkədə ən təhlükəli bölgədən biridir.
Oxunub: 551