dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanılıb

Rusiyada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanılıb

Rusiyanın paytaxtı Moskva şəhərində sərnişinləri təsirli maddələrlə zəhərləyən erməni taksi sürücüsü saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya DİN-nin rəsmi nümayəndəsi İrina Volk bildirib.

İ.Volk deyib ki, bir neçə gün əvvəl Moskva polisi bir nəfərin məlum olmayan zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat alıb.

"O, taksi sürücüsünün təklif etdiyi suyu içdikdən sonra özünü pis hiss eləyib".

Polis nümayəndəsi əlavə edib ki, həmin sərnişinin bank kartı oğurlanaraq 16 min rubl məbləğində pul çıxarılıb.

Qeyd edilir ki, cinayəti törətməkdə şübhəli bilinən Ermənistan vətəndaşı olan 58-yaşlı şəxsdir.

Bildirilir ki, hazırda həmin şəxs polis şöbəsinə aparılır. Onunla bağlı instintaq əməliyyatları keçiriləcək.

Oxunub: 548
Oxşar xəbərlər
SON XƏBƏRLƏR