dini radikalizm və ekstremizmlə mübarizə

Tramp Meksikanı hədələdi – Beş gündən sonra vədinə əməl edəcək

Tramp Meksikanı hədələdi – Beş gündən sonra vədinə əməl edəcək
Cümə axşamı Meksika ilə ABŞ arasında sərhədi qeyri-qanuni keçmə üzrə sazişə dair danışıqlar bərpa olunacaq.

Oxu.Az bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twitter” hesabında qeyd edib.

“Əgər saziş əldə olunmasa, 5%-lik gömrük rüsumları artıq bazar ertəsində işə salınacaq. Tariflər nə qədər yüksək olsa, bir o qədər çox şirkət ABŞ-a qayıdacaq”, - deyə Tramp yazıb.

Qeyd edək ki, bir müddət öncə “Reuters” xarici işlər naziri Marselo Ebrardonun rəhbərliyi altında Meksika deleqasiyası ilə ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo arasında danışıqlar aparıldığını bildirmişdi. Tramp həmin ərəfədə müttəfiqlərin Normandiyaya gəlişini qeyd etməyə yollanmışdı.

Xatırladaq ki, Tramp mayın 31-də Meksikadan ABŞ-a ixrac olunan bütün məhsullara 5%-lik gömrük rüsumunun tətbiq ediləcəyini bildirmişdi. O, belə bir qərarın qonşu dövlətdən gələn qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi ilə verildiyini bildirmişdi. O xəbərdarlıq etmişdi ki, rüsumlar miqrant axını dayanmayanadək artmaqda davam edəcək. Qərar iyunun 10-da qüvvəyə minəcək.

Oxunub: 557
Oxşar xəbərlər
SON XƏBƏRLƏR