dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
ABŞ-ın Arkanzas ştatında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Djb.az-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis və fövqəladə hallar departamenti məlumat yayıb.

Bildirilir ki, göyərtəsində 4 nəfərin olduğu ekskursiya helikopteri “Backwoods” musiqi festivalının keçirildiyi bölgəyə düşüb.

Xilasedicilər qəzanın baş verdiyi nöqtəni xəsarət almış sərnişinin məlumatı əsasında tapıb. Qəzanın səbəbləri hələ ki dəqiq bilinmir.

Oxunub: 519
Oxşar xəbərlər
SON XƏBƏRLƏR