dini radikalizm və ekstremizmlə mübarizə

Prezidentdən yüksək çinli məmurlarla bağlı qərar - Bahargül töhmətləndirildi

Prezidentdən yüksək çinli məmurlarla bağlı qərar - Bahargül töhmətləndirildi
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət elan edib.

Djb.az-in Teleqraf.com-a istinadən məlumatına gorə, dövlət başçısı baş nazirin müavinini tabeliyində olan rəhbərlərin fəaliyyətinə nəzarəti zəiflətdiyinə görə töhmətləndirib.


Bahargül Abdıyeva ölkədə mədəniyyət və KİV sektorunu kurasiya edir.


Prezident bundan başqa dövlət nəşriyyat xidmətinin rəhbəri Akmurat Xudayeberdiyevə də sonuncu xəbərdarlıq olunmaqla ciddi töhmət elan edib. O da nizam-intizam sahəsində nöqsanalara yol verməkdə günahlandırılıb.


Bir neçə gün qabaq Qurbanqulu Berdiməhəmmədov dövlət televiziya və radio verilişləri sahəsində ciddi tədbirlərlə bağlı qərar qəbul edib. "Miras" teleradio kanalının rəhbəri Bəşim Atayev işdən çıxarılıb, televizya və radio verilişləri dövlət komitəsinin rəhbəri Nurməmməd Qarlıyevə ciddi töhmət elan olunub.


Qeyd edək ki, bu sfera Bahargül Abdıyevanın kurasiyasına daxildir.

Oxunub: 625
Oxşar xəbərlər
SON XƏBƏRLƏR