Moskvada Qələbə gününə həsr edilən hərbi parada qatılmamağımda hansısa konspirologiya axtarmağa ehtiyac yoxdur.
Djb.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Əgər Rusiya bizi dəvət etsəydi və biz bundan imtina etsəydik, o zaman Moskvadakı tədbirə heç kim gəlmədi demək olardı. Əvvəla, məni Moskvadakı tədbirə dəvət etməmişdilər, ikincisi isə hətta dəvət etsəydilər, o zaman Moskva və Minskdəki tədbirləri ayırmaq çətin olardı. Axı Belarusda da eyni formada keçirilən tədbirə qatılmaya bilmərəm. Əgər mən burada görünməsəydim, o zaman mənə çoxlu sayda suallar yönələrdi. Belaruslar nə deyərdi?”, – deyə o bildirib.