ABŞ Arktikadakı hərbi mövcudluğunu gücləndirmək niyyətindədir.
Djb.az-in Axar.az-a istinadən məlumatına gorə, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, ABŞ-ın bölgədə mövcudluğunu artırmasının Rusiya və Çinin regiondakı aqressiv davranışlarıyla bağlı olduğunu bildirib:
“Moskvanın Şimal Buzlu okeandan keçən marşrutdan istifadə üçün başqa ölkələrin Rusiyadan icazə almaq tələbi qanunsuzdur. ABŞ Arktikada diplomatik və hərbi mövcudluğunu artıracaq”.