dini radikalizm və ekstremizmlə mübarizə

Avropa Parlamentindən Çinə çağırış - Düşərgələr bağlansın

Avropa Parlamentindən Çinə çağırış - Düşərgələr bağlansın
Avropa Parlamenti Çinin uyğur, kazak və tibetlilərin həbsini dayandırmağa və bütün düşərgələri bağlamağa çağırıb.

Djb.az xarici KİV-ə istinadən xəbər verir ki, Strasburqda bir araya gələn Avropa Parlamentinin Baş Assambleyası, Çinin bu addımına son qoymağa çağırışı 505 səslə qəbul edib. 18 parlamentari əleyhinə səs verib, 47 parlamentari isə bitərəf qalıb. Qərarda Çinin uyğur, kazak və tibetlilərə təzyiqindən narahatlıq qeyd edilib.
Qərarda qeyd edilir ki, bu insanların vəziyyəti getdikcə daha da pisləşir və hüquqları pozulur. Bildirilir ki, Sincan Uyğur Muxtar rayonundakı düşərgələrin, Çinin digər bölgələrinə yayılacağına dair məlumatlardan narahatdılar. Bu səbəbdən qərarda Çindəki bütün düşərgələrin ləğvi istənilib.


Qeyd edək ki, dünyadakı bir çox hökumət, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları çinlilərin uyğur türklərinə qarşı münasibətinə reaksiya verirlər.

Oxunub: 528
Oxşar xəbərlər
SON XƏBƏRLƏR