Rusiya Çinə Su-35 qırıcılarının tədarükünü başa çatdırıb.
Djb.az-in Axar.az-a istinadən məlumatına gorə, bu məlumatı Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidməti yayıb. Federal Xidmət Moskvanın Pekin qarşısında bütün öhdəliklərini icra etdiyini bildirib.
Qeyd edək ki, Su-35 təyyarələri “4++” nəslinə aiddir. Yüksək manevr qabiliyyətinə malik olan bu təyyarələr Su-27M və Rusiyanın beşinci nəsil Su-57 təyyarələri arasında keçid rolunu oynayır.