dini radikalizm və ekstremizmlə mübarizə

İran vətəndaşları İraqa gedərkən viza rüsumu ödəməyəcəklər

İran vətəndaşları İraqa gedərkən viza rüsumu ödəməyəcəklər
İraq hökuməti iranlıların ödənişsiz viza alması haqqında sənədi təsdiqləyib.

ONA-nın məlumatına görə, bu barədə İraq hökuməti bəyanat yayıb.

Bəyanatda qərarın icra tarixi elan olunmayıb. İranın İraqdakı səfiri İrəc Məscidi bildirib ki, artıq İraq vətəndaşları üçün İran vizasının ödənişsiz verilməsinə başlanılıb.

Qeyd edək ki, martın əvvəlində İran prezidenti Həsən Ruhaninin İraqa səfəri zamanı iki ölkə vizanın qarşılıqlı olaraq ödənişsiz olması barədə razılıq əldə olunub.

Oxunub: 521
Oxşar xəbərlər
SON XƏBƏRLƏR