Ukraynada prezidentliyə namizədlərdən biri Yuri Boyko seçkiyə bir həftə qalmış Moskvaya gedərək Rusiyanın baş naziri Dmitri Medvedevlə və “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə görüşüb. Görüşün məsqədi kimi Rusiya qazının Ukraynadan tarinzitinin davam etdirilməsinin təminatı göstərilib.
Məsələ burasındadır ki, iki ölkə arasında qazın tariziti ilə bağlı saziş bu il bitir. Rusiya Avropaya qazı Şimal və Qara dənizin dibi ilə çatdırmağa başlasa Ukraynadan tranzitə ehtiyacı qalmayacaq. Moskvanın məqsədi bu yolla Ukraynanın hazırki hakimiyyətini cəzalandırmaqdır.
Yuri Boyko Rusiyanın baş naziri ilə görüşdə deyib ki, Rusiya qazının tranziti Ukraynaya illk 3 milyard dollar gəlir gətirir, ayrıca bu 50 min iş yeri deməkdir, üstəgəl Ukrayna da bu qazdan tələbatını ödəmək üçün istifadə edir. Boyko onu da deyib ki, iki ölkə arasında ticarət mübadiləsini artırmaq lazımdır.
Çox qəribə mənzərədir. Ukraynalı siyasətçi və prezidentliyə namizəd torpaqlarını ilhaq edən və separatçılara dəstək verən ölkəyə səfər edərək əməkdaşlığın inkişafı perspektivlərindən danışır. Bu ona bənzəyərdi ki, Azərbaycanda prezident seçkisi zamanı hansısa namizəd Ermənistana getsin və işğala rəğmən iki ölkə arasında iqtisadi əməkdaşlığın vacibliyindən danışsın. Bizim üçün ağla gəlməyən hadisə olardı. Ukraynada isə bu mümkündür, çünki ölkə əhalisinin bir hissəsi hələ də Rusiyaya boylanır. Yuri Boyko prezident seçilməyəcək. Reytinqi yüksək deyil.
Bəs belə isə Kremlin Boykonu Moskvaya dəvət edib danışıqlar aparmasında məqsədi nədir?
Birincisi, Moskva Boyko ilə danışıqlar əsassında Ukrayna cəmiyyətinə mesaj göndərir ki, əgər bizim namizəd prezident seçsəniz ucuz qaz da satacağıq, tranzit də davam edəcək, 3 milyard dollar itkiniz olmayacaq. Əks halda hamısını itirəcəksiniz.
İkincisi, Moskva da yəniq bilir ki, Bokyo prezident seçkisinin ikinci turuna keçməyəcək. Buna baxmayaraq, Ukraynanın şərqində və mərkəzindəki elektoratın bir hissəsi Boykoya səs verəcək. Kreml Ukraynada prezident kürsüsünə öz adamını otuzdura bilməsə də, oktyabrda keçiriləcək parlament seçkilərində Rusiya ilə yaxınlığa təfərdar çıxan daha çox siyasətçini Al Radaya üzv elətdirməyə çalışacaq. Boykonun Moskva səfəri bu siyasətin indidən formalaşdırılmağa başlamasının işarətidir.
"Atlas" araşdırmalar mərkəzi