Ukrayna Prezidenti Pyotr Poroşenko qarşıdakı seçkilərdə qələbə qazanacağı halda Krım və Donbası geri qaytaracağını bildirib.
Djb.az Axar.az-a istinadən xəbər verir ki, Ukrayna prezidentinin çıxışını “Nyusvan” telekanalı yayımlayıb.
“Eşidin, Donbas və Krım Ukraynaya qayıdacaq! Seçkilərdən sonra biz siyasi-diplomatik yollarla Donbas və Krımın qaytarılması üçün qətiyyətli addımlar atacağıq”, - Poroşenko bildirib.
Poroşenko həmçinin ordunun gücləndirilməsi üçün də bir sıra tədbirlər görüləcəyini qeyd edib.