dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda azərbaycanlı əsgəri döyənlər saxlanıldı

Gürcüstanda azərbaycanlı əsgəri döyənlər saxlanıldı
Gürcüstan hərbi polisi Azərbaycan əsilli əsgəri döyməkdə şübhəli bilinən iki hərbçini saxlayıb.

Bununla bağlı məlumat Gürcüstan Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

“Saxlanılma ilə bağlı qərarı Tbilisi şəhər məhkəməsi çıxarıb. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq”, - məlumatda bildirilib.

Apsny.ge portalına açıqlama verən döyülmüş əsgər Kazım Qəhrəmanovun qardaşı Fuad Qəhrəmanov və ailənin vəkili tam istintaqın aparılmasını və hadisənin bütün iştirakçılarının cəzalandırılmasını istəyib.

Onun sözlərinə görə, hərbi polis iki nəfəri saxlayıb, ancaq K.Qəhrəmanovu döyənlərin sayı beş nəfərdir. Onlar hadisə vaxtı orada olan, ancaq insidentə qarışmayan zabitin də cəzalandırılmasını istəyib.

Xatırladaq ki, dünən Gürcüstan hərbi polisinin Krtsanisi Milli Hərbi Mərkəzində Kazım Qəhrəmanovun döyülməsində və pulunun zorla ələ keçirilməsində şübhəli bilinən iki hərbçini müəyyən etməsi ilə bağlı məlumat yayılmışdı.

Faktla bağlı cinayət işi başlanıb.

Oxunub: 642
Oxşar xəbərlər
SON XƏBƏRLƏR