Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada, Şərqi Aralıq Dənizi Universitetində tələbələrlə görüşü zamanı maraqlı açıqlama verib.
TASS agentliyinin yaydığı məlumata görə, nazir xarici dil bilməyin əhəmiyyətindən bəhs edib, öz dil biliklərinin səviyyəsindən danışarkən deyib: “Xarici dilləri öyrənməyə çalışıram. Rus dilini artıq orta səviyyəyə çatdırmışam. Rus dilini Vladimir Putinlə zarafat edəcək qədər bilirəm”
Qeyd edək ki, Çavuşoğlu ingilis, alman və yapon dillərini bilir.
Oxunub: 554