dini radikalizm və ekstremizmlə mübarizə

Yunanıstan vətəndaşı təyyarəyə gecikdiyi üçün sağ qalıb

Yunanıstan vətəndaşı təyyarəyə gecikdiyi üçün sağ qalıb

Yunanıstan vətəndaşı Antonios Mavropolulos "Ethiopian Airlines" şirkətinin ötən gün qəzaya uğrayan təyyarəsinə gecikdiyi üçün sağ qalıb.

Bu barədə "Greek Reporter" məlumat yayıb.

Yunanıstanın "ALPHA TV"-yə müsahibəsində A. Mavropolulos bildirib ki, təyyarəyə iki dəqiqə gecikib. “Mən insanların təyyarəyə necə mindiklərini gördüm. Buraxılmadığıma görə çox qəzəbli idim”, - deyə Mavropolulos bildirib.

Qeyd edək ki, ötən gün qəzaya uğrayan "Boeing 737"-nin göyərtəsində 157 nəfər olub. Onarın hamısı həlak olub. Bildirilir ki, qəza təyyarə Efiopiyanın paytaxtı Əddis Əbəbədən havaya qalxdıqdan bir-neçə dəqiqə sonra baş verib.

Oxunub: 509
Oxşar xəbərlər
SON XƏBƏRLƏR