dini radikalizm və ekstremizmlə mübarizə

Səudiyyə Ərəbistanında robot işə götürüldü

Səudiyyə Ərəbistanında robot rəsmi olaraq dövlət qulluğuna qəbul olunub.

Djb.az TASS-a istinadən xəbər verir ki, bu haqda “Al Sabq” qəzeti məlumat yayıb.

“Texnik” adlı mexaniki əməkdaşa xidməti vəsiqəni şəxsən ölkənin təhsil naziri Əhməd bin Məhəmməd əl –İsa təqdim edib. Süni intellektin onun rəhbərliyi altında çalışacağı bildirilir.

“Göstərdiyiniz iltifata görə təşəkkür edirəm. Nümunəvi əməkdaş olacağıma söz verirəm”, - deyə robot keçirilən mərasimdə nazirə etdiyi müraciətdə bildirib.

Təhsil nazirliyinin rəhbəri robotun səudiyyəli mütəxəssislər tərəfindən yığılaraq, proqramlaşdırıldığını diqqətə çatdırıb.

“Texnik” Səudiyyə Ərəbistanının Təhsil Nazirliyində texniki və peşə təhsili üzrə baş departamentin təlimatçısı vəzifəsinə işə götürülüb. Yaxın zamanda mədəni irs festivalında vəzifələrinin icrasına başlayacaq. Android qonaqlarla ünsiyyət qurub, onlara festival və ümumilikdə krallıq haqqında lazımi məlumatlar verəcək.

Oxunub: 634
Oxşar xəbərlər
SON XƏBƏRLƏR