Ukrayna Azov və Qara dənizləri sahillərinə ordu yeridir.
Oxu.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətinə səfəri zamanı bəyan edib.
O bildirib ki, sahilyanı ərazilərə desant-hücum qoşunları, o cümlədən 95-ci briqadanın bölmələri göndərilir.
Prezidentin sözlərinə görə, bununla da Azov və Qara dənizləri akvatoriyasının müdafiəsi gücləndiriləcək.
Poroşenko həmçinin bütün ölkə üzrə dövlət sərhədinin mühafizəsinin gücləndirildiyini deyib.