Rusiyanın Novosibirsk vilayətinin Toquçin şəhərində yaşayan azərbaycanlı ailənin 4 üzvü itkin düşüb.
“Report”un məlumatına görə, bunlar 2000-ci il təvəllüdlü Rüstəmov Ruslan Rüstəm oğlu və 2002-ci il təvəllüdlü Rüstəmov Vadim Rüstəm oğlu qardaşları, onların ögey bacıları 2011-ci il təvəllüdlü Rüstəmova Ruslana Rüstəm qızı, qardaşların analığı Vorontsova Nataliya Qriqoriyevnadır.
Şəhərə bitişik qəsəbələrin birində yaşayan ailə üzvləri dekabrın 14-də qonaq getdikləri Tatarsk şəhərindən geri qayıdarkən onlarla əlaqə kəsilib. Onların üzərlərindəki telefonların da yerini müəyyən etmək mümkün deyil. Ailənin başçısı Rüstəm Rüstəmov uzun müddətdir Rusiyada yaşayır və bizneslə məşğuldur.