Son günlər Ermənistan mediasında ölkənin silahlı qüvvələrində yaralanan əsgərlər barədə çoxsaylı informasiyalar dərc edilməkdədir. SİA bu ölkənin mətbuatına istinadən xəbər verir ki, təkcə iki gündə 7 nəfər hərbçi hərbi hospitala yerləşdirilib. Ermənistan KİV-ləri yaralıların eyni hərbi hissədə hərbi xidmət keçdiklərini və həmin hərbi hissədə baş verən, lakin müdafiə nazirliyi tərəfindən ciddi-cəhdlə gizlədilən olayın qurbanları olduğunu yazırlar.
Baş verən hadisəni ictimaiyyətdən gizlətmək üçün isə, Ermənistan MN belə bir iddia ilə çıxış edib ki, əsgərlərin yaralanma halları “müxtəlif vaxtlarda və müxtəlif vəziyyətlərdə” baş verib. Ölkə KİV-lərinin bunun eyni hadisənin nəticəsi olaraq qiymətləndirməsinə qarşı hər vəchlə “arqument” qoymağa çalışan müdafiə nazirliyi bununla orduda yaşanan problemlərin daha da artdığını dolayısı ilə sübut etmiş olur. Hətta 7 hərbçinin müxtəlif xəsarətlərlə - yanma, güllə yarası alma, minaya düşmə və s. adlar altında hərbi hospitallara aparılmaları faktı düşmənin silahlı qüvvələrində normal hərbi xidmət mühitinin olmadığını sübuta yetirmiş olur.