dini radikalizm və ekstremizmlə mübarizə

Putin və Lavrov "İlin siyasətçiləri" seçildi

Rusiya vətəndaşları "İlin siyasətçisi"ni seçiblər.

Djb.az "RİA Novosti"yə istinadən xəbər verir ki, siyahıya Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrov başçılıq edib.

Bu nəticə “İctimai rəy” (FOM) fondunun keçirdiyi sosial sorğuda öz əksini tapıb.

Respondentlərin 29%-i Putini, 7 %-i XİN başçısı Sergey Lavrovu, 4%-i Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovskini, 3%-i isə müdafiə naziri Sergey Şoyqunu dəstəkləyib.

Vətəndaşların 34% -i cavab verməkdə çətinlik çəkdiyini, 17%-i isə belə bir siyasətçi və ya ictimai xadim olmadığını söyləyiblər.

Qeyd edək ki, FOM sorğunu 8-9 dekabr tarixlərində Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində 1500-dən çox insan arasında aparıb.

Oxunub: 971
Oxşar xəbərlər
SON XƏBƏRLƏR