Almaniyanın Uerl şəhərində bir şokolad zavodunun anbarından axan maye şokolad küçələrə dağılıb.
Djb.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisəyə səbəb şokolad fabrikindəki texniki qəza olub.
Anbardan axan şokolad, təxminən 10 kvadrat kilometrlik bir sahəyə yayılıb və donub.
25 nəfərdən ibarət briqada isti su vasitəsilə yolda donan şokoladı təmizləməyə çalışıb.
Oxunub: 701