Rusiya və İran turistlər üçün vizaların ləğvi haqqında məsələni nəzərdən keçirir.
Djb.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın energetika naziri Rza Ardakanian məlumat verib.
"Bizdə vizaların ləğvi haqqında razılıq var. Bu məsələdə imzalanmış sənədlər yalnız icra qaydalarına ehtiyac duyur", — deyə nazir bildirib.
Bildirilib ki, sənədin hazırlığı bir-iki ay çəkə bilər.