dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda DİN-in 900-dən çox əməkdaşı işdən azad edildi

Cari ilin birinci yarısında Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) 919 əməkdaşı işdən azad edilib.

DİN-in saytında yerləşdirilən məlumatda bildirilir ki, 2018-ci ilin birinci rübündə 577, ikinci rübündə isə 342 əməkdaş tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, 2018-ci ilin birinci yarısında 363 nəfər daxili işlər orqanlarında işə qəbul olunub. Onların 113-ü birinci rübdə, 250-si isə ikinci rübdə işə qəbul edilib.

Nazirliyin məlumatına görə, 2017-ci ildə 1200 əməkdaş işdən azad edilib, 473 nəfər isə yeni işə qəbul olunub.

Bildirilir ki, Qeorqi Qaxariya 2017-ci ildə ölkənin daxili işlər naziri təyin olunandan sonra bu qurumda bir sıra struktur islahatları həyata keçirilib.

İl ərzində DİN-də insan hüquqları departamenti yaradılıb, sahə müvəkkili statuslu zabitlərin hazırlanmasına başlanılıb, işə qəbulun yeni qaydaları hazırlanıb, mərkəzi kriminal polis departamentinin əməkdaşlarının ixtisaslarının artırılması kimi islahatlar həyata keçirilib.

Cari ilin iyunundan patrul–polis əməkdaşlarının əmək haqları 250 lari (təqribən 94 dollar) artırılıb. 2019-cu ildən DİN-in digər əməkdaşlarının da əmək haqlarının artırılması nəzərdə tutulub.(AzərTAc)

Oxunub: 592
Oxşar xəbərlər
SON XƏBƏRLƏR