İraq Prezidenti Bərhəm Salehin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Tehrana səfər edib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, səfər iki gün sürəcək.
Bildirilib ki, o, İran Prezidenti Həsən Ruhani və başqa rəsmilərlə görüşəcək. Görüşlərdə İran-İraq əlaqələrinin genişləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Səfər zamanı ölkə rəsmiləri arasında əməkdaşlıqla bağlı bir neçə sənədin imzalanacağı da gözlənilir. Görüşün sonunda prezidentlər birgə mətbuat konfransı keçirəcək.