Moskvada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Bu barədə Türkiyə mətbuatı yazıb.
“Rusiya ilə əməkdaşlığı artırmağın yollarını axtaracağıq”, - Çavuşoğlu görüşlə bağlı bildirib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bu gün Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcəyi qeyd olunub.