Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan və keçmiş baş nazir Ovik Abramyan 2008-ci ildə konstitusiya quruluşunu devirmək işi ilə əlaqədar ifadə verməyə çağırıla bilər.
Djb.az “İnterfax”a istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xdimətinin sədri Sasun Xaçatryan deyib.
“İfadə verməyin vacibliyini müstəntiqlər həll edir. Mən demişəm ki, bu cinayət işi üzrə dəyərli dəlil təqdim edə biləcək istənilən məmur sorğu-sual edilsin. 2008-ci ilin martında ordu siyasi proseslərə müdaxilə edib. Bu əsas ittihamdır. Konstitusiyaya görə bu qanunsuzluqdur. Ordunun cəlbedilməsi yolverilməzdir. Ordu yalnız hərbi vəziyyət elan olunduqdan sonra proseslərə müdaxilə edilə bilər. Hərbi vəziyyət isə elan olunmayıb”, -deyə o vurğulayıb.
Qeyd edək ki, martın 1-də etiraz aksiyası iştirakçılarına qarşı hərbçilər tərəfindən güc tətbiq edilib. O vaxtkı prezident Robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.