dini radikalizm və ekstremizmlə mübarizə

Yaxın Şərqdə genişmiqyaslı müharibə təhlükəsi getdikcə artır.

Yaxın Şərqdə genişmiqyaslı müharibə təhlükəsi getdikcə artır.
Axar.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” televiziyasının hazırladığı “B planı yoxdur: ABŞ-ın İrandan yeni istəkləri savaş zəmini hazırlayır” adlı yazıda qeyd edilib.

Vəziyyəti şərh edən ekspertlər dünyada ən çox sanksiyaya məruz qalmış ölkə olan İran üçün təklif olunan yeni strategiyanın, İrana 40 ildir tətbiq olunan və həmişə də uğursuzluğa düçar olan siyasətə geri qayıtdığını və bunun da Yaxın Şərqdə qarşıdurma ehtimalını artırdığını bildiriblər.

Xəbərdə həmçinin Tehran Universitetinin professoru Məhəmməd Mərəndinin də fikirlərinə yer verilib. İranın sazişdən imtina edəcəyini söyləyən Mərəndi, Avropa rəsmilərinin anlaşmanı qorumaq səylərinə ölkəsinin şübhə ilə yanaşdığını bildirib. Professor İranın daha sonra nüvə proqramını sürətlə davam etdirəcəyini deyib.

Xatırladaq ki, ABŞ İranın nüvə proqramına dair sazişi təktərəfli qaydada tərk etdikdən sonra Avropa ölkələri sazişə əməl etməyə hazır olduqlarını açıqlamışdılar.

Oxunub: 872
Oxşar xəbərlər
SON XƏBƏRLƏR