Əfqanıstandakı situasiya stabilləşmir.
Axar.az xəbər verir ki, bunu Daşkənddə Rusiya Müdafiə naziri Sergey Şoyqu Özbəkistanın Müdafiə naziri Əbdüssalam Əzizovla görüşü zamanı deyib. Onun sözlərinə görə, bu, Mərkəzi Asiyaya Əfqanıstanda terrorçu dəstələrin axınına yeni imkanlar yaradır:
“Suriyadan qaçan qruplaşmalar Əfqanıstana da yerləşirlər. Burada xüsusi rolu təhlükə zamanı dövlətin keşiyində dayanacaq hərbi müttəxəssislərin hazırlığı oynayır”.
Qeyd edək ki, bundan öncə Özbəkistan Prezidenti Şövkət Mirziyayev ABŞ-a səfər edib. O, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb. Səfər zamanı iki ölkə arasında 4,5 milyard dollarlıq müqavilə imzalanıb.