dini radikalizm və ekstremizmlə mübarizə

Terrorçulardan azad edilən Afrində son vəziyyət

Terrorçulardan azad edilən Afrində son vəziyyət


Dağılmış şəhərdə gün ərzində 30 mindən çox afrinliyə ərzaq yardımı edilir
59 günlük əməliyyatdan sonra Suriyanın Afrin bölgəsinə girən Türk hərbçiləri şəhər mərkəzindən və ətraf kəndlərdən terrorçuları tamam təmizləyib.

DJB.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yaxın günlərdə Afrində bərpa işlərinə başlanacaq. Hələlik isə ərazidə elektrik enerjisi bərpa edilməyib. Dükan və mağazalar isə bağlıdır.

Buna baxmayaraq, şəhər sakinləri yavaş-yavaş küçələrə çıxmağa başlayıblar. Şəhərdə Türkiyə ordusuna aid hərbi texnikalar və əsgərlər təhlükəsizliyi təmin edir. Dağılmış şəhərdə gün ərzində 30 mindən çox afrinliyə ərzaq yardımı edilir.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Martın 18-də isə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin vilayətini terrorçulardan tamamilə təmizləyib. Terrorçular üzərində qələbə Çanaqqala dəniz döyüşlərində zəfərin 103-ci ildönümünə təsadüf etdi.

Oxunub: 729
Oxşar xəbərlər
SON XƏBƏRLƏR