dini radikalizm və ekstremizmlə mübarizə

Çin Xalq Respublikasının sədri postuna seçkilərdə məhdudiyyət ləğv edilib

Çin Xalq Respublikasının sədri postuna seçkilərdə məhdudiyyət ləğv edilib
Bu gün Çin Xalq Nümayəndələri Yığıncağı bir şəxsin iki dəfədən artıq Çin Xalq Respublikasının sədri və müavini postlarına seçilməsinə qadağanı nəzərdə tutan Konstitusiya müddəasının ləğv edilməsini dəstəkləyib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, indiyə qədər Konstitusiyaya əsasən eyni şəxslər Çin Xalq Respublikasının sədri və müavini postuna iki dəfədən artıq seçilə bilməzdi.

Beləliklə, bundan sonra Çin Xalq Respublikasının sədri Çin Xalq Nümayəndələri Yığıncağında hər dəfə 5 il müddətində olmaqla, məhdudiyyət olmadan seçilə biləcək.

Konstitusiyaya edilən digər düzəlişdə isə qeyd edilib ki, Çin yeni dövrdə Si Tszinpinin sosializmin Çin xüsusiyyətləri ideyasına uyğun inkişaf edəcək.

Oxunub: 741
Oxşar xəbərlər
SON XƏBƏRLƏR