Londonda İran səfirliyinin eyvanında etiraz aksiyası keçirən 4 fəal saxlanılıb.
Oxu.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Skotlənd-Yarddan olan mənbə məlumat verib.
“Təsdiq edə bilərəm ki, eyvanda nümayiş keçirdiklərinə görə 4 nəfər saxlanılıb. Onlar təxminən saat 18:40-da (Bakı vaxtı ilə 22.40) saxlanılıblar.” deyə agentliyin mənbəsi bildirib.
Mənbə insidentin təfərrüatları barədə açıqlama verməkdən imtina edib.
İranın Britaniyadakı səfiri Həmid Baidnecat faktı təsdiqləyərək, səfirliyin hücuma məruz qaldığını söyləyib. İran KİV-ə görə, binaya dəyənəklər və bıçaqlarla daxil olan etirazçılar İranın dövlət rəsmilərinə qarşı şüarlar səsləndirib.
Səfirin bildirdiyinə görə, fəallar “Britaniya şiyələri” cəmiyyətinin üzvləri olub.