dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan: Ordu hər an Afrinin mərkəzinə daxil ola bilər

Ərdoğan: Ordu hər an Afrinin mərkəzinə daxil ola bilər
Afrin şəhəri “Zeytun budağı” əməliyyatında iştirak edən qoşunların mühasirəsindədir və onlar istənilən an şəhərə daxil ola bilər.

Oxu.Az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Ərdoğanın sözlərinə görə, əməliyyat başlayandan bəri Suriyanın şimal-qərbində 3171 terrorçu zərərsizləşdirilib.

“Zeytun budağı” əməliyyatı çərçivəsində 815 kvadrat kilometrdən çox ərazi terrorçulardan təmizlənib. Artıq bu ərazilər təhlükəsiz zonanın tərkibinə daxildir.” deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan bildirib ki, Afrin iki min kvadrat kilometr sahəni əhatə edir ki, bu daha öncəki “Fərat qalxanı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənmiş ərazilərin sahəsinə bərabərdir.

“Afrində əməliyyatın başa çatmasından sonra suriyalıların “Zeytun budağı” əməliyatının keçirildiyi rayona təhlükəsiz şəkildə qayıtmaları təmin olunacaq” deyə Ərdoğan vurğulayıb.

“Türkiyə “Zeytun budağı” əməliyyatını başlayan zaman heç kim dən icazə almamışdı, onun bitmə müddətini də heç kimlə müzakirə etmək fikrində deyil” deyə Ərdoğan əlavə edib.

Oxunub: 727
Oxşar xəbərlər
SON XƏBƏRLƏR