PYD/PKK terrorçuları türk ordusunun hədəfi olmamaq üçün mülki geyimdə gəzdiklərini etiraf ediblər.
Axar.az xəbər verir ki, bu barədə RT kanalı Afrində hazırlanmış reportajı yayımlayıb.
Reportajda jurnalist əli silahlı terrorçulardan niyə mülki geyimdə gəzdiklərini soruşub. PKK üzvü isə belə cavab verib:
“Türkiyə Silahlı Qüvvələri Afrində hərbi formalı yaraqlıları vurur. Buna görə də mülki geyimdə sadə vətəndaşların arasında gəzirik. Bu geyimlərlə zeytun sahələrində gizlənirik”.
Qeyd edək ki, Afrin əməliyyatı başlayandan bu vaxta qədər türk ordusu bir mülki şəxsin belə ölümünə səbəb olmayıb.