Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin yanvarın sonunda ABŞ-a hansı məqsədlə səfər etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, Narışkin ABŞ-da öz vəzifəsini yerinə yetirməyə getdiyini bildirib:
"Mən Amerika Birləşmiş Ştatlarında Rusiya kəşfiyyatının rəhbəri olaraq peşəkar işimi yerinə yetirdim".
Qeyd edək ki, ötən həftə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ilə yanaşı, FSB-nin direktoru Aleksandr Bortnikov və Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov Vaşinqtona səfər edib. Bortnikovla Narışkin Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo ilə görüşüb.