Ötən gecə Rusiyanın Perm diyarında yaşayış evində yanğın olub, 2 uşaq ölüb.
APA-nın məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə fevralın 4-də gecə Permin Kunqur rayonunun Serqa kəndində dördmənzilli evin mənzillərinin birində baş verib. Yanğın nəticəsində 10 yaşlı oğlan və 8 yaşlı qız ölüb.