dini radikalizm və ekstremizmlə mübarizə

Gənc oğlan qız paltarı geyinib gözəllik müsabiqəsinə qatıldı

Gənc oğlan qız paltarı geyinib gözəllik müsabiqəsinə qatıldı
Qazaxıstanın Almaatı şəhərinin sakini İlay Dəqilev qız paltarı geyinərək, qadın gözəllik müsabiqəsinin finalına çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə Sputnik Kazakhstan məlumat yayıb.

Qeyd olunur ki, 22 yaşlı gənc Miss Virtual Kazakhstan müsabiqəsində iştirak etmək qərarına gəlib və Arina Əliyeva adlı obraz yaradaraq, şəkillərini göndərib.

Finala çatdıqda isə Dəqilev hər şeyi etiraf edib və kişi olduğunu bildirib.

“Mən finala çatdım və hər şeyin çox uzağa getdiyini anladıqda, Arina Əliyeva obrazının yalançı olduğunu etiraf etmək qərarına gəldim. Müsabiqənin əvvəlində bütün Qazaxıstandan dörd minə yaxın ərizə gəlsə də, yekunda mən finala keçmişdim”, - deyə, o, bildirib.

Bu etirafdan sonra gənc müsabiqədən kənarlaşdırılıb və onu başqa iştirakçı ilə əvəz ediblər.

Dəqilevin sözlərinə görə, o, “təbii qadın gözəlliyi və xarizmasının” təbliği üçün bu addımı atıb.

Gəncin fikrinzə, bu gün bir çox qızlar eyni tipdədirlər, eyni şəkildə bəzənir, geyinir və hesab edirlər ki, trendlərə uyğun gəldikdə, gözəldirlər.

“Mən belə hesab etmirəm”, - deyə, o, bildirib.

Gənc oğlan qız paltarı geyinib gözəllik müsabiqəsinə qatıldı
Gənc oğlan qız paltarı geyinib gözəllik müsabiqəsinə qatıldı

Oxunub: 781
Oxşar xəbərlər
SON XƏBƏRLƏR