Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin şəhərində “Zeytun budağı” əməliyyatı çərçivəsində 113 hədəfdən 108-ni vurub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Anadolu agentliyi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə aviasiyası Suriyanın şimal-qərbində Minnin aerodromuna zərbələr endirib.
Baş Qərargahdan həmçinin bildirilib ki, aviazərbələr zamanı ölən və yaralananların hamısı kürd terrorçularıdır.