Kamçatka sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatskdan 375 kilometr aralıda, 491 kilometr dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.
Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.