dini radikalizm və ekstremizmlə mübarizə

İranın Şərqi Çində yanan neft tankeri bata bilər

İranın Şərqi Çində yanan neft tankeri bata bilər
Yanvarın 6-da Çinin şərq sahilində Honqkonq Xüsusi İnzibati Ərazisinin “CF Crystal” quru yük gəmisi ilə toqquşaraq yanan İran şirkətinə məxsus “Sanchi” neft tankeri partlaya və bata bilər.

“Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə CCTV məlumat yayıb.

Toqquşma nəticəsində tankerin 32 ekipaj üzvünün hamısı itkin düşüb, onların axtarışı davam etdirilir. Hazırda yalnız bir dənizçinin meyiti tapılıb. Ekipaj üzvlərinin 30 nəfəri İran, 2 nəfəri isə Banqladeş vətəndaşı olub.

Honkonq gəmisinin göyərtəsində isə 21 ekipaj üzvü olub və onların hamısı xilas edilib.

Çin hadisə baş verən əraziyə 4 xilasetmə gəmisi və neft dağılmalarının ləğvi üçün 3 gəmi, Cənubi Koreya itkin düşənlərin axtarışı üçün gəmi və helikopter göndərib. Daha sonra axtarışlara ABŞ-ın hərbi-dəniz qüvvələri qoşulub.

Oxunub: 754
Oxşar xəbərlər
SON XƏBƏRLƏR