Rusiya NATO-ya üzv ölkələrə qarşı hərbi fəaliyyətlərə hazırlaşır.
Axar.az xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsində Estoniya Silahlı Qüvvələrinin komandanı, general-leytenant Rixo Terras söyləyib. Onun sözlərinə görə, “Qərb-2017” hərbi təlimi zamanı Moskva NATO-ya qarşı Avropada genişmiqyaslı hərbi kampaniya ssenarisi üzərində işləyib.
“Bu, təkcə Baltikyanı dövlətlərə qarşı yönəlməyib. Buraya Şimaldan Qara dənizə qədər bütün dövlətlər daxildir. Bizim ordumuz istənilən ssenariyə qarşı effektiv reaksiyaya hazırdır”.