dini radikalizm və ekstremizmlə mübarizə

Kadırov: ABŞ istəyir ki, Rusiyada “hər şey alovun içində olsun”

Kadırov: ABŞ istəyir ki, Rusiyada “hər şey alovun içində olsun”
Rəsmi Vaşinqtona Rusiyada qaynar nöqtələr lazımdır ki, “hər şey alovun içində olsun”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Amerika hökuməti üç cəbhəyə zərbələr endirir: Suriyada müxalifətin dəstəklənməsi, Qüdsün İsrailin paytaxtı elan edilməsi və İranda vətəndaş müharibəsinin təməlinin qoyulması.

Kadırov həmçinin qeyd edib ki, ABŞ Ukrayna, Gürcüstan, İraq və Liviya kimi ölkələr qarşı dağıdıcı siyasət aparıb.

Çeçenistan rəhbəri xatırladıb ki, Rusiya prezidenti həmişə birqütblü dünyanın əleyhinə olub.

“Bizim avropalı tərəfdaşlarımız başa düşməlidirlər ki, Rusiya ədalətli mövqe seçir. Avropa qorxmamalı və Rusiya ilə bir cəbhədə çıxış etməlidir, əks halda daha çox ölkədə, o cümlədən Avropa dövlətlərində xaos olacaq, - Kadırov yekunlaşdırıb.

Oxunub: 776
Oxşar xəbərlər
SON XƏBƏRLƏR