İŞİD terror qruplaşması Kabildə baş verən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Qeyd edək ki, terrorçu kamikadzenin özünü partlatması nəticəsində 15 nəfər ölüb, daha 25 nəfər yaralanıb.
Digər məlumatlara görə, ölən və yaralıların ümumi sayı 80 nəfərdir. Bunlar hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Partlayış Kabilin PD9 rayonu yaxınlığındakı nəzarət-keçid məntəqəsində baş verib.