ABŞ-da son bir həftə ərzində azı 16 nəfər anomal soyuqların və qarlı hava şəraitinin qurbanı olub.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Viskonsində altı, Texasda dörd, Şimali Karolinada üç ölüm faktı qeydə alınıb.
Miçiqan, Missuri və Şimali Dakota ştatlarının hər birində kəskin soyuq və qarlı hava ilə əlaqədar bir ölüm faktı var. Telekanal qeyd edib ki, bu ştatlarda temperatur normadan 15-20 dərəcə aşağıdır. Məsələn, Missuri ştatının Sent-Luis şəhərində havanın hərarəti mənfi 13 dərəcədir.