dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada güclü yanğın: On çinli öldü

Rusiyada güclü yanğın: On çinli öldü
Novosibirskin şəhərkənarında yerləşən ayaqqabı fabrikində baş verən güclü yanğın əcnəbi işçilərin həyatına son qoyub.

Oxu.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi hadisə yerində qurulmuş operativ qərargahdan olan mənbəyə istinadən məlumat yayıb.

“İlkin məlumatlara görə, 10 nəfər həlak olub. Qurbanların hamısı çinli fəhlələrdir. Yanğından mühafizə əməkdaşları gələnə qədər özləri müdaxilə etməyə çalışıblar. Ancaq dəm qazından boğulublar”, – deyə mənbə bildirib.

Qurbanların sənədlərinə əsasən, onlar Çin vətəndaşları olub və fabrikin ərazisində işləyib. Hadisənin səbəbləri araşdırılır. Mənbə bütün ehtimalların nəzərdən keçirildiyini qeyd edib.

“Əsas versiya qısaqapanma və elektrik sistemində baş verən nasazlıqdır. Ancaq həlak olanların əsas təhlükəsizlik qaydaları ilə tanış olmadığı və ya sənaye müəssisəsində əmək təhlükəsizlik normaları ilə bağlı təlimatlandırılmadığı istisna edilmir”, – deyə mənbə bildirib.

Fabrikin ərazisində olan fəhlələrdən heç biri yanğından sağ çıxmayıb.

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR