Mingəçevirdə təhsil işçilərinin “Heydər Əliyev və Qərbi Azərbaycan”mövzusunda elmi konfransı keçirilib
Mingəçevirdə təhsil işçilərinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Qərbi Azərbaycan”mövzusunda elmi konfransı keçirilib.
Konfransdan öncə tədbir iştirakçıları 13 saylı məktəbin foyesində düzənlənmiş Heydər Əliyev siyasi irsini əhatə edən məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbirdə Millət vəkili Aydın Mirzəzadə,YAP şəhər təşkilatının sədri Bəxtiyar Musatfayev,bələdiyyə sədri Anar İsmayılov,Qərbi Azərbaycan icmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi,MDU-nun dosenti Mayıl İsmayılov,orta məktəb direktorları və şagirdlər iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib,dövlət himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Xurşud Zamanova ilk olaraq sözü çıxış üçün Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənovaya verib. Sevinc Həsənova qeyd edib ki, Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli dahi şəxsiyyət, siyasi xadim Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar Liderin ölməz xatirəsi dərin hörmət və ehtiramla yad edilir.
Millət vəkili Aydın Mirzəzadə, dosent Mayıl İsmayılov öz çıxışlarında Qərbi Azərbaycana qaydış,Qərbi Azərbaycan həqiqətləri ilə bağlı geniş çıxış ediblər.
Xurşud Zamanova “Heydər Əliyev və təhsil siyasəti”,Ceyhun Atayev “Heydər Əliyev xalqın xilaskarıdır” mövzularında çıxışlar ediblər.
Konfransın rəsmi hissəsindən sonra Mingəçevir 6 nömrəli məktəbin şagirdi Xədicə Səfərli Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri şeirlər söyləmiş, Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin şagirdləri Kərimli Yusif,Məmmədli Ahu musiqi nömrələri ilə çıxış ediblər.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 185