Главная > yazarlar > MƏN BİR ANA TANIDIM

MƏN BİR ANA TANIDIM


13-03-2017, 10:34. Разместил: djbaz
MƏN BİR ANA TANIDIMHər birimiz bilirik ki, artıq sosial şəbəkə həyatımızın bir parçasına çevrilib. Sosial şəbəkənin mənfis ilə belə müsbətləridə çoxdur. Onun müsbətlərindən biri həyatda bəlkə də tanımayacağın iç dünyasını bilməyəcəyin insanları hər gün damla-damla tanımağındır. Hər gün zərrə-zərrə, miskal-miskal iç dünyasın, xəyalların, arzuların öyrəndiyimiz insanlar var. Mən də bir çox xanımlar kimi Afaq xanımı da belə tanıdım. Gənc, enerji dolu bir qadın, bir ana. Bu gün Afaq xanımın sosial şəbəkədə yazdığı bir yazı diqqətimi çəkdi, hətta kövrəltdi. Övladımın yaşaması üçün mübarizəyə atıldığım o kövrək günləri xatırlatdı.
Onun qələmə aldığı hissləri- duyğuları məni 9 il bundan öncə övladımın yaşaması üçün atdığım addımları xatırlatdı və kövrək olan qəlbimi param-parça etdi. Zatən bu mart ayında qəlpə kimi parçalanmış, çiliklənmişəm. Mən Afaq xanımın yazısında ana qəlbinin fəryadını, ahını, tənha gecələrdə sarıldığı tək olan Allahına ümidini gördüm. Bu yazıda yenilməyən, amma çarəsiz qalan ana gördüm. Bu yazıda övladı üçün inləyən, amma içində iniltisinə belə üsyan edən ana gördüm. Budur övlad üçün hər zəhmətə, əziyyətə qatlaşan ana obrazı. Ana övladı üçün hansı acılara qatlaşmaz ki, ana canının parası üçün hansı dərdlərə sinə gəlməz ki?
Analara əl tutan ərənlərimiz də var, olub və olacaqlar.
Xeyirlə-şər bacı qardaşdır deyilən bir el misalı var. Bu belə olduğu kimi yaxşılığı da, pisliyi də bacı qardaşa bənzədirəm. İnsanların arasında həm yaxşılar, həm pislər olub və olacaq. Bu danılmazdır, amma yaxşılarla qarşılaşanda insan yaşamağa güc tapır və istənilən dərdə güc gələ bilir. Rövşən Tağıyevdə sənə Allaha etdiyin duaların nəticəsində göndərilən bir yardımsevər dostdur. Xeyirxaqlıq insanlığın ən yüksək xüsusiyyətlərindən biridir. Bu xüsusiyyətləri olan insanlarda məncə Allahın sevimli bəndəsidir.
Mübariz qadın mən övladı üçün mübarizəyə atılan hər qarşılaşdığım bir ana obrazını qəhrəman ana heykəlinə oxşadıram. Övladını qüsurlu olaraq saxlayan, illərlə əziyyətin çəkən analarımız var amma təssüf ki, hələdə qüsurlu deyil sağlam övladından belə imtina edən analarımızda var. Amma mən elələrinə ana demədim, deyədə bilmərəm. Ana övladı üçün həyatından belə keçməyə hazır olandır. Ana övladı üçün xoşbəxtliyindən vaz keçəndir. Ana bir ömür namusuna sığınaraq qara tellərini ağ hörərək övlad böyüdəndir. Analar cəfakeş olar, analar göz yaşlarını içinə tökərək, hıçqırtısının içində belə övladı üçün gülümsər. Ana, ölümün gözünə dik baxan, övladı üçün belə yanıb kül olarkən qəh-qəhə çəkməyi bacarandır. Ana can çəkişən övladına belə ağlar səsini duydurmamaq üçün dəyanətlə dərdinə güc gələrək həzin məlahətli səsini övladına eşitdirəndir. Analar övlad üçün dağı-dağ üstünə qoya biləcək gücə malikdir.
Afaq xanım sizdə məs belə analardansız. Əzilməyən əzən, yenilməyən, ağrı acıya güc gələn, dərdini belə sevinclə qarşılamağı bacaran, həsrətlə ayaqlaşıb vüsala doğru addımlayan azərbaycan xanımı. Allah analarımzı qorusun. Gözəlliyin dünyamızı xilas edəcəyinə deyil, analarımızın dünyamızı xilas edəcəyinə inanıram.
Almaz İlahə Əhmədova
Вернуться назад