Главная > yazarlar > Dərman deyərəm!
Dərman deyərəm!19-02-2020, 12:26. Разместил: djbaz |
Sən mənə can desən bil ki,can ollam,
Yer ollam,göy ollam,asiman ollam, Səndən uzaqlarda sis-duman ollam, Bir can kəlməsinə min can deyərəm! * Axtarsan,arasan,hey əzizləsən, İllərlə gözlərəm desən gözlə sən, Arxamca dolanıb məni izləsən, Yoluna,izinə qurban deyərəm! * Sən mənim qeydimə qalası olsan, Qəmlərin əlindən alası olsan, Könlümün rubabın çalası olsan, Həm sübhün səfəqi,həm dan deyərəm! * Sən mənim eşqimlə çay tək caglasan, Fikrini-zikrini mənə bağlasan, Mənimlə bir gülüb,birgə ağlasan, Könlümə şölə saç,həm yan deyərəm! * Gəlsən yollarına güllər səpərəm, O gül qədəmindən,vallah öpərəm, Bil ki,gül bağında tikan çəpərəm, Sənsiz ötən ğunə zindan deyərəm! * Sənin xəyalinla ötür hər anım, Gəl al bu canımı halaldır qanım, Sənsiz yasamaqdan bezibdir canım, Ver bir ölüm hökmü,fərman deyərəm! * Solmazam,eşqinlə cosan-çaglayan, Həsrəti-hicranda hər gün aglayan, Ölürəm, gözümü sən ol bağlayan, Bil ki,əllərinə dərman deyərəm! Solmaz Şirvanlı Вернуться назад |