Главная > yazarlar > Tənha canavar haqqında oxuduqlarım, eşitdiklərim, gördüklərim.

Tənha canavar haqqında oxuduqlarım, eşitdiklərim, gördüklərim.


8-10-2019, 13:07. Разместил: djbaz

Canavarlar xor şəklində ulayır. Bir canavarın ulaşmasına başqaları səs verir, beləcə canavar xoru yaranır. Amma səsinə səs verilməyən canavarlar da var. O canavarlar sürüdən zəifliyinə, xəstəliyinə və sürü qaydalarına riayət etmədiyinə görə kənar edilənlərdir. Tənha canavarlar da məhz onlardır. Deməli ki, öz sürüsünə yararlı olmayan, kollektiv qaydalarını pozan canavara müsbət anlayış kimi baxmağa dəyməz. O canavar cəsarətinə görə yox, məhz yararsız olduğuna görə izolə edilir....
Cəmiyyətimizdə ailəsinə ər olmağı bacarmayan, amma millətinə ər olmaq iddiasında olan, əslində öz evində uğursuz olub daha böyük çoxluğa mənəviyyat dərsi keçənlər sürüdən izolə edilmiş canavara bənzəyir. Onlardan hər şəhərdə var. Bir qayda olaraq onların səsinə ancaq özləri kimi unudulmuş, kənarlaşdırılmış, arzuedilməzlər səs verir. Onlar öz mənfi enerjiləri ilə ancaq bədbinliyi yayır, hər təşəbbüsə şübhə ilə yanaşır və bir qayda olaraq özgə “uğur”unu həzm edə bilmir.
Taleyindən şikayətlənib, bədbəxtliyini etiraf edən kəslərin şikəst təxyyülünə məsləkdaş saydığım hörmətli kişilərin də çəpik çaldığını görürkən məndə bir sual yaranır: canavar sürüsünə qoşulub sürünü gücləndirməyib də, çaqqal xislətli tənha canavara çəpik çalmaqla nə əldə edəcəksiniz? Arzulara çatmaq yolunda uğursuz və talesizin "kəllə"sinə ehtiyacınız varmış.... Kiçilirsiz gözümdə.

P.S. Sualım totemi canavar olsa da, çaqqal və tülkü kimi yaşayanlara deyil.

Anar Həsənov

Вернуться назад