Главная > yazarlar > Bir gəlib getdim

Bir gəlib getdim


26-08-2019, 23:18. Разместил: djbaz

Bir gəlib getdim
Yaxşı söz izlədim,salıb göylərə,
Hərdəm Firuz oldum mən aşiqlərə.
Dost tutunub atdım agahilərə,
Mən də bu düyaya bir gəlib getdim

Kamil Ataniyaz usta başımdır,
Atacan bağrımı yıxan daşımdır.
Amudərya gözdən axan yaşımdır,
Mən də bu düyaya bir gəlib getdim

Bir az dünya əkən,qaydan bilərəm
Naləlmlə hər kəsin bağrın kəsərəm.
Həyat kürəyimi hey tarım etdim
Mən də bu düyaya bir gəlib getdim

Ah desəm iniltim Hindu-Farsları,
Xarəzmdə verdim sənət dərsləri.
Həyat ömrü uddu həsəd verdim.
Niyə bu düyaya bir gəlib getdim

Gecə-gündüz keçib tarı ağladıb.
Həyatımın halın tapıb ağladıb
Gülsürəm çağlasa zarım ağladıb.
Niyə bu düyaya bir gəlib getdim

Hər sözün səmaya atıb oynatdım,
Sonra da quşları ordan seyr etdim
Sonra da əlimi əlimə qoydum
Mən də bu dünyaya bir gəlib getdim


Özbəkistan şairəsi Dilbər Haydarova.

Вернуться назад